HBL_catalog_2020_AZ

Bizi fərqləndirən nədir

Fərdi dəstək – bizim qürurumuzdur!

EKSPERT MƏQALƏSİ

“Təcrübəmdə sağlam həyat tərzi Klubları ilə tanış olmadan əvvəl müştərilərin arıqlamaq üçün etdiyi bütün cəhdlərin uğursuzluqla başa çatdığı hallar olub. Çox hallarda bu utancaqlıqla və yardım istəmək, öz çətinliklərini və hisslərini izah etmək qorxusu ilə bağlıdır. Belə istiqamətlər məqsədə çatmağa mane olur və yalnız qida pozuntularını dəstəkləyir. Sağlam həyat tərzi klubu bilavasitə qrup nümunəsində sosial həyat vəziyyətini yenidən yaratmaq üçün unikal imkan verir. Bu isə o deməkdir ki, iştirakçı: öz hisslərini və problemlərini açıq şəkildə bölüşə bilər, öz davranışı barədə dəqiq əks əlaqə əldə edə bilər, öz nailiyyətlərinin qiymətsizləşməsindən yayına bilər, keyfiyyətli təhsil ala bilər və fəal şəkildə sosiallaşa, yəni master-klaslara, fitnes klublara, təlimlərə və sairlərə gedə bilər. Fərdi dəstək niyə belə vacib rol oynayır? Nəticə əldə edənlərin müşahidə edilməsi və onların hərəkətlərinin öz hərəkətləri ilə müqayisəsi digərlərindən nümunə götürmək üçün daha yüksək motivasiyaya gətirib çıxarır. İnsanın öz hədəflərini bölüşmək və özünü qəbul edilmiş hiss etmək imkanı varsa, onun lazımi hərəkət və istiqamətləri yerinə yetirmək istəyi güclənir. Əgər insan digərlərinin də onunla birlikdə yerinə yetirdiklərini dərk edirsə, onda seçilmiş istiqamətdə işləməyə davam etmək onun üçün rahatdır. Əməkdaşlıq, sağlam rəqabət və qrup tərəfindən bəyənilmə daha nəzərə çarpan və səmərəli nəticələrə gətirib çıxarır!”

Vyaçeslav Zaxarov,

Herbalife Nutrition şirkətinin eksperti, piylənmənin tədqiq edilməsi üzrə Beynəlxalq Assosiasiyanın üzvü.

Adət halını almış həyat tərzində dəyişikliklər etmək asan məsələ deyil. Bəzən bu qərar kök salmış vərdişlərin gücü ilə və ya ətrafdakıların mühakimə edəcəyi qorxusu ilə toqquşur. Bir şey həqiqətdir – təkbaşına dəyişikliklər etmək asan olmayacaq! Herbalife Nutrition şirkəti bunu dərk edərək öz işinin əsas prinsiplərindən biri olaraq insanlara müqəddəs xəyallarına doğru yolda fərdi dəstək göstərməyi seçmişdir.

Sağlam həyat tərzi klubları – bu bizim həqiqətən qürur duyduğumuzdur, bu bizim yanaşmamızı digərlərindən fərqləndirəndir!

Dünyada 100 mindən çox Klub hər gün minlərlə insana özündə əminlik hiss etməyi, həmfikirlərini qazanmaq, hədəflərinə çatmaq – və həyatını yaxşıya doğru dəyişməyə yardım edir!

Bilirsiniz… İlk sağlam həyat tərzi Klubu 2004-cü ildə Meksikada açılmışdır. Herbalife Nutrition-ın iki Müstəqil Tərəfdaşı Enrike Varela və Qrasiela Mier bir fundamental qanunauyğunluğu dərk etdilər: bir çox müştəri bütün məhsul xəttindən istifadə etmək istəyirlər, lakin çox vaxt bunu edə bilmirlər. Onda məhsulları porsiyalara “bölmək” qərara alınmışdır və bu da onları hamı üçün əlçatan etmişdir*. Bu bir yenilikçi dəyişiklik olmuşdur – bundan sonra hər kəs Klubu ziyarət edə, düzgün səhər yeməyi yeyə, fərdi məsləhətçi ilə ünsiyyət qurmağa və sonra öz gününü yaxşı əhval ruhiyyə ilə enerjili davam edə bilir!

* Klub abonementinin qiymətinə əməliyyat xərcləri daxildir, yemək pulsuzdur.

10

11

Made with FlippingBook - professional solution for displaying marketing and sales documents online