Herbalife_Sport_Brochure_PREVIEW_AZ

GİRİŞ HERBALIFE NUTRITION SHT KLUBLARINDA QRUP ŞƏKLİNDƏ MƏŞĞƏLƏLƏR

MƏŞQLƏRİN ƏSAS NÖVLƏRİ

TRX

PİLATES

Asma ilgəklərdən istifadə etməklə yerinə yetirilən məşqlər proqramıdır, gücün və əzələ dözümlülüyünün inkişafına, eləcə də hərəkətlərin tarazlığını və koordinasiyasını yaxşılaşdırmağa kömək edir. Bu güc yüklənməsi dərin sabitləşdirici əzələləri və bağları keyfiyyətli şəkildə məşq etdirməyə imkan verir.

İstənilən yaşda əzələləri formalaşdırmağa kömək edən, yaxşı dartılmağa və çəkini bir qədər azaltmağa imkan verən bir fitnes istiqamətidir. Hərəkətlər yavaş tempdə yerinə yetirilir, düzgün tənəffüsə xüsusi diqqət yetirilir. Metodika onurğa və oynaq xəstəlikləri olan insanlar üçün münasibdir.

SKANDİNAVİYA YERİŞİ

YOQA

Fiziki fəallığın yüksək effektivliyə malik olan növüdür, xüsusi yerimə texnikasından və çubuqlardan istifadə edilir: onlar yüklənməni bütün bədən üzrə bölüşdürməyə və insanın əsas əzələ qruplarını işə cəlb etməyə kömək edirlər. Bu fəaliyyət növü yaşından və hazırlıq səviyyəsindən asılı olmayaraq hər bir kəsə və hər bir mövsümdə uyğundur.

Bütün əzələ qruplarını məşq etdirməyə, orqanizmi oksigenlə zənginləşdirməyə və qan dövranını yaxşılaşdırmağa kömək edən universal fiziki və tənəffüs hərəkətləridir. Müntəzəm məşqlər həzmin normallaşmasına və əhvalın yaxşılaşmasına səbəb olur, onların əksəriyyətinin əks-göstərişləri yoxdur və demək olar ki, hamı üçün uyğundurlar.

16

17

Made with FlippingBook - Online catalogs