Herbalife_Sport_Brochure_PREVIEW_AZ

GİRİŞ

QİDALANMA KOMPONENTLƏRİ

ORQANİZM ÜÇÜN QİDANIN DƏYƏRİ ONUN TƏRKİBİNDƏKİ MİKRO- VƏ MAKRONUTRİYENTLƏRİN MİQDARINDAN ASILIDIR

VİTAMİN VƏ MİNERALLARIN ƏSAS FUNKSİYALARI: • Zülallarla birləşərək fermentlər əmələ gətirirlər. • Daxili (osmotik) təzyiqin, turşu-qələvi balansının qorunub saxlanmasında iştirak edirlər və orqanizmin struktur komponentləridirlər.

MİKRONUTRİYENT — orqanizmə kiçik miqdarlarda tələb olunan maddədir. Onlardan həyat fəaliyyəti üçün enerji əldə etmək mümkün deyil və onlar, adətən, orqanizmdə sintez olunmurlar, lakin onun normal fəaliyyət göstərməsi üçün olduqca zəruridirlər (vitaminlər və minerallar). • Mikronutriyentlərin bir hissəsi orqanizmə qeyri-kafi miqdarda daxil olur. Məsələn, B1 vitamininin gündəlik normasını qəbul etmək üçün orta hesabla təxminən 100 q günəbaxan toxumu, 1 kq ağ çörək və ya 1 kq yağsız ət (məsələn, dana əti) yemək lazımdır. • Vitaminlərin çatışmazlığı orqanizmə zərər verir: iş qabiliyyəti və immun sistemin fəallığı azalır, ürək-damar xəstəliklərinin yaranma riski artır və maddələr mübadiləsi ləngiyir. • Meyvə və tərəvəzlər, məsələn, C vitamininin, fol turşusunun və karotinin tam dəyərli mənbəyi ola bilərlər, lakin onlarda digər qrup vitaminlər kifayət miqdarda deyildir. • B qrupu və A, E və D vitaminlərinin əsas mənbəyi — kifayət qədər yüksək kalorili məhsullardır (ət, qaraciyər, böyrəklər, yumurta, süd, kərə yağı, bitki yağı və s.) və hazırlanma prosesində (yağda qızartma, unla qızartma və s.) onların kaloriliyi daha da artır. Bəzi qida maddələrinə olan tələbatı xüsusi işlənib hazırlanmış bioloji əlavələr vasitəsilə daha asan və daha tez təmin etmək mümkündür. Məsələn, kişilər və qadınlar üçün Formula 2 vitamin və minerallar kompleksi orqanizmi zəruri miqdarda vitamin və minerallarla təmin etməyə kömək edə bilər, bu kompleksin tərkibində dəmir, sink, yod, kalsium, D3 və B12 vitaminləri vardır.

BÜTÜN MÜBADİLƏ PROSESLƏRİ, DEMƏLİ ORQANİZMİN HƏYATININ ÖZÜ DƏ FERMENTLƏR OLMADAN MÜMKÜN DEYİL

FERMENTLƏR ZÜLALDAN VƏ VİTAMİN-MİNERAL BİRLƏŞMƏLƏRİNDƏN İBARƏTDİR

MİNERAL VƏ YA VİTAMİN BİRLƏŞMƏLƏRİ OLMADAN FERMENTLƏR QEYRİ-FƏALDIRLAR

İNSAN BƏDƏNİNİN OPTİMAL İŞLƏMƏSİ ÜÇÜN DAİMA QİDALANDIRICI ELEMENTLƏRİN DAXİL OLMASI TƏLƏB OLUNUR

EKSPERTİN MƏSLƏHƏTİ

Çox zaman əzələlərini böyütmək istəyən kişilər eyni zamanda artıq piydən də azad olmaq istəyirlər. Bəzən bunun üçün onların istifadə etdikləri metodlar bir-birinə ziddiyyət təşkil edir. İnsanlar daha çox protein qəbul etməyə başlayırlar ki, bu da güc məşqləri ilə birlikdə əzələ kütləsinin yığılmasına gətirib çıxarmalıdır. Eyni zamanda onlar orqanizmi “qurutmağa” çalışaraq, kalorilərin ümumi qəbulunu azaldırlar. Bu, çətinliklərə gətirib çıxara bilər. Əgər siz kalorilərin qəbulunu həddən artıq azaltsanız, orqa- nizmə qida ilə daxil olan proteinin bir hissəsi yanacaq qismində istifadə ediləcək və əzələlərin böyüməsinə sərf olunmayacaq. Buna görə də əzələ kütləsini yığmaq üçün siz kalori qəbulunun məşqlərin dəstəklənməsi üçün kifayət miqdarda olduğundan, həm də qidalandırıcı maddələrin nisbətinin düzgün olduğundan əmin olmalısınız.

BFMQƏ. DƏRMAN

Syuzan Bauermen, Herbalife Nutrition şirkətinin beynəlxalq qidalanma təlimi üzrə baş direktoru

18

19

Made with FlippingBook - Online catalogs