Herbalife_Sport_Brochure_PREVIEW_AZ

GİRİŞ QİDALANMA KOMPONENTLƏRİ

MAKRONUTRİYENTLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ, ELƏCƏ DƏ ONLARLA ZƏNGİN OLAN MƏHSULLARIN SİYAHISI AŞAĞIDA GÖSTƏRİLMİŞDİR:

KARBOHİDRATLAR

ZÜLALLAR

YAĞLAR

Karbohidratlar orqanizmdə enerjinin başlıca mənbəyidirlər və aşağıdakı növlərə bölünürlər: • Tez mənimsənilən (sadə) karbohidratlar, bunlar tez parçalanaraq qanda şəkərin səviyyəsini yüksəldirlər. Bu karbohidratlar zehni məsələlərin həllində və stresslə mübarizədə kömək edirlər. Lakin müntəzəm fiziki yüklənmə olmadan onlar yağ yığıntılarının əmələ gəlməsinə səbəb olurlar. Tez mənim- sənilən karbohidratların əsas mənbəyi — ağ çörək, birinci dərəcəli buğdadan hazırlanmış makaron, şirniyyat, birinci növ undan hazırlanmış bişintilərdir. • Ləng mənimsənilən karbohidratlar. Karbohidratların bu növü orqanizm üçün çox faydalıdır. Onlar gec mənimsənilərək orqanizmə zəruri enerji verirlər. Ləng karbohidratlar tərəvəzlərin, göyərtinin, giləmeyvələrin, aşağı qlikemik indeksə malik olan meyvələrin, eləcə də tam taxıl unundan hazırlanmış çörəyin və makaronun tərkibində olurlar. Herbalife Nutrition məhsulları arasında karbohidratların mənbəyi Proteinli batonlardır , onların tərkibində orqanizmi enerji ilə təmin edən və zülalın daha tam istifadə olunmasına imkan verən 16 qr karbohidrat vardır.

Zülal — ən mühüm inşaat materialıdır. Zülal orqanizm tərəfindən sintez olunan aminturşulardan ibarətdir və demək olar ki, bütün daxili proseslərdə iştirak edir: • əzələ kütləsinin formalaşdırılması və möhkəmləndirilməsi (əgər yüklənmə versək, lakin zülal verməsək, əzələ kütləsinin artması əvəzinə, azalmasını əldə edə bilərik); • toxumaların bərpası (o cümlədən güc yüklənmələri zamanı); • enerjinin əldə edilməsi; • vitaminlərin və mikroelementlərin mənimsənilməsi; • toxluq hissinin təmin edilməsi; • maddələr mübadiləsinin dəstəklənməsi. Orqanizmin normal fəaliyyət göstərməsi və çəkiyə nəzarət üçün insan kifayət miqdarda zülal qəbul etməlidir. Zülalın uzun müddətli çatışmazlığı zamanı orqanizm əzələlərin, qaraciyərin, böyrəklərin, dərinin və qanın zülallarını istifadə etməyə başlayır ki, bu da sağlamlıq vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Qırmızı ət, quş və balıq ətləri, dəniz məhsulları, paxlalı bitkilər, süd məhsulları zülalla zəngindir. Gündəlik zülal normasını Herbalife Nutrition-ın aşağıdakı məhsullarından əldə etmək olar: Formula 1 Protein kokteyli̇ . Proteinli batonlar da zülalla zəngindir. Herbalife Nutrition-ın məhsullarının tərkibində olan zülal aminturşuların miqdarına və onların mənimsənilməsinin asanlığına görə mükəmməl hesab edilir.

Yağlar orqanizmdə struktur və energetik funksiyalarını yerinə yetirirlər: onlar hüceyrə membranının əsas komponenti olmaqla orqanizmdə enerji ehtiyatını qoruyub saxlayırlar. Heyvan və bitki mənşəli məhsulların tərkibində olan yağlar iki qrupa bölünür: • Doymuş yağlar . Yağlı ət, fastfud, qənnadı məmulatları, süd məhsulları doymuş yağlarla zəngindir. Bu yağların izafi miqdarda olması maddələr mübadiləsini ləngidir, lazımi miqdarda kalorilərin yandırılmasına imkan vermir və hətta sağlamlıq üçün təhlükə törədə bilir. • Doymamış yağlar , onlar özləri də iki qrupa bölünür: — Monodoymamış yağlar. Bəzi qoz-fındıq növlərinin, zeytun və avokadonun tərkibində olurlar. Onların əksəriyyəti orqanizm üçün faydalıdır, xolesterinin səviyyəsini azaldır, damarların tonusunu artırır, infarkt və insultun qarşısını alırlar. — Polidoymamış yağlar və ya faydalı Omeqa-6 və Omeqa-3 yağları. Onlar şimal dənizlərində yaşayan balıqların və bitki yağlarının tərkibində olurlar. Onlar ürəyi və damarları dəstəkləyir, qan təzyiqini normallaşdırır, yaddaşı və diqqət cəmləməni yaxşılaşdırır, immuniteti möhkəmləndirir və əhvala müsbət təsir göstərirlər. Herbalife Nutrition məhsulları sırasında Omeqa-3 və polidoymamış yağ turşularının zəngin mənbəyi Herbalayflayn Maks kapsullarıdır.

MAKRONUTRİYENT — orqanizmə böyük miqdarda tələb olunan və qidada üstünlük təşkil edən qidalandırıcı maddədir. Makronutriyentlərə zülallar, yağlar və karbohidratlar aiddir. Bu komponentlərdən hər biri maddələr mübadiləsində müəyyən funksiyanı yerinə yetirir və onların hər biri hüceyrələrin və bütövlükdə orqanizmin həyat fəaliyyəti üçün zəruridir. Makronutriyentlərə olan sutkalıq tələbat bir çox amillərdən asılıdır: cins, çəki, yaş, fiziki fəallıq səviyyəsi və s.

BFMQƏ. DƏRMAN 21

20

Made with FlippingBook - Online catalogs