Herbalife_Sport_Brochure_PREVIEW_AZ

ƏZƏLƏ KÜTLƏSİNİN YIĞILMASI PROQRAMI

Q İ DALANMA

QİDALANMA ÜZRƏ TÖVSİYƏLƏR

ENERJİ SƏRFİNİN FƏRDİ GÖSTƏRİCİSİNİ HESABLADIQDAN SONRA KALORİ PROFİSİTİ YARATMAQ LAZIMDIR:

500 kkal-dən 800 kkal-dək

DƏQİQ RƏQƏM AŞAĞIDAKI PARAMETRLƏRDƏN ASILIDIR:

• Fiziki fəallığın intensivliyi • Məşqlərin növü • İnsanın əzələ toxumasının miqdarı (məsələn, əzələ toxumasının miqdarı çox olan cüssəli insan üçün əlavə edilmiş kalorilik daha çox ola bilər)

ƏZƏLƏ TOXUMASININ BÖYÜMƏSİ ÜÇÜN ZƏRURİ OLAN ŞƏRTLƏR:

• Güc məşqləri və idman fəallığı zamanı sərf olunan karbohidratların (başlıca olaraq ləng karbohidratların) payının artırılması • Hər gün kifayət miqdarda zülal qəbulu: bir qida qəbulu ərzində 30 qrama yaxın xalis zülal mənimsənilə bilər

EKSPERTİN MƏSLƏHƏTİ

Güc məşqlərinin bir çox üstünlükləri var, lakin eyni zamanda böyük əzələlərə malik olan bodibilder kimi görünəcəyinizdən narahat olmaya bilərsiniz. Əgər ağırlıq qaldırmağa yüzlərlə saat sərf etmirsinizsə və həddən artıq ixtisaslaşmış pəhriz saxlamırsınızsa, “bodibilder” kimi görünmək ehtimalınız çox azdır. Əvəzində, əgər məşq proqramına həftədə 2-3 dəfə güc elementlərini əlavə etsəniz və zülallarla zəngin olan pəhriz saxlamağa başlasanız, siz estetik relyef üçün əzələlərinizi kifayət qədər böyüdə bilərsiniz. Samanta Kleyton, Herbalife Nutrition-ın beynəlxalq idman və fitnes üzrə vitse-prezidenti, keçmişdə — peşəkar qaçış idmançısı-yüngül atlet və fitnes üzrə ekspert

DİQQƏT YETİRİN Acqarına məşq etmək və ya məşqdən əvvəl doyunca yemək lazım deyil. Optimal variant — idmanla məşğul olmazdan bir saat əvvəl tərkibində zülal və ləng karbohidratlar olan məhsullarla qəlyanaltı etməkdir. Məsələn, Herbalife Nutrition-ın Proteinli batonu . Unutmayın ki, tam dəyərli nahar məşqdən 2-3 saat əvvəl olmalıdır.

72

73

Made with FlippingBook - Online catalogs