HBL_Catalog_March_2022_AZ_A5

Məhsul proqramı

« Fəal uzunömürlülük » proqramı

Parlaq və sağlam həyat maksimum dərəcədə! Fəal uzunömürlülük barədə ən erkən yaşda düşünmək lazımdır. Düzgün qidalanma, makro- və mikronutriyentlərin balansı, idmanla məşğul olmaq — uzun ömrün yüksək keyfiyyətinə yatırılan sərmayələrdir. Bu məhsul proqramı uzun müddətli perspektivdə orqanizminizi dəstəkləmək üçün lazım olan hər bir şeyi sizə təqdim edəcəkdir.

Bədənimizin hərəkətə ehtiyacı var və yaş artdıqca bu ehtiyacın ödənilməsi daha da aktuallaşır. Proqrama daxil edilmiş məhsullar sizə əzələ karkasını, bağları möhkəmləndirməyə, sinir-əzələ koordinasiyasını yaxşılaşdırmağa imkan verəcək və fəal həyat üçün güc bəxş edəcəkdir.

EKSPERTİN MƏQALƏSİ

Vyaçeslav Zaxarov Herbalife Nutrition şirkətinin eksperti

1 2 3 4

Balanslaşdırılmış qidalanma üçün Formula 1 Protein kokteyli. Qidalanmada balans — hər bir şeyin əsasıdır. Formula 1 qida rasionunuzu zülal, qida lifləri və 20-yə yaxın vitamin və mineralla zənginləşdirəcək asan və rahat bir həldir. Düzgün qidalanmaq heç zaman bu qədər asan olmamışdı. Yaşlanma proseslərini ləngitmək üçün Otlu içki təkcə gümrahlaşdırıcı kofein mənbəyi deyildir. Yaşıl və qara çay ekstraktlarının qarışığına daha 3 nadir fitokomponent əlavə edilmişdir, onlar birlikdə güclü antioksidant kimi təsir edir və hüceyrələrin cavanlığını qoruyub saxlamaqla orqanizmimizin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Narahatlıq hissi olmadan yaşamaq üçün Bitki tərkibli Aloe içkisi. Həzmin dəstəklənməsi — mühüm məsələdir. Bütün zəruri nutriyentlərin orqanizm tərəfindən keyfiyyətli şəkildə mənimsənilməsi üçün MBT-nin effektiv işləməsini təmin etmək lazımdır. Aloe şirəsi bağırsağın effektiv işləməsinin dəstəklənməsinə kömək edəcək. Orqanizmin müdafiə qüvvələrini dəstəkləmək üçün Formula 2*. Vitamin və minerallar kompleksi. Gündə cəmi iki həbin qəbulu vitaminlərin və mineralların optimal miqdarına nail olmağa kömək edəcək. İnsan orqanizmindəki bütün proseslər onların vaxtında daxil olmasından asılıdır, fəal həyat tərzi keçirən insanlar üçün isə mikronutriyentlərin tamamlanması ikiqat əhəmiyyətlidir. Formula 2 kişilərin və qadınların spesifik tələbatları nəzərə alınmaqla Formula 1 Protein kokteylini bütün zəruri mikronutriyentlərlə tamamlamaq üçün yaradılmışdır.

BAZA

• Formula 1 Protein kokteyli • Otlu içki • Bitki tərkibli Aloe içkisi • Formula 2 vitamin və minerallar kompleksi*

• Formula 1 Protein kokteyli • Otlu içki • Bitki tərkibli Aloe içkisi • Formula 2 vitamin və minerallar kompleksi* • Herbalayflayn Maks* GENİŞLƏNDİRİLMİŞ S S

+

5

Ürəyi və damarları dəstəkləmək üçün Herbalayflayn Maks*. Öz rasionuna faydalı Omeqa-3 yağ turşularını əlavə edin. Ürək-damar sisteminin, beynin normal fəaliyyətinin, dərinin və saçların sağlamlığının dəstəklənməsi. Omeqa-3 fəal və sağlam uzunömürlülük üçün həqiqətən universal bir məhsuldur.

QABAQCIL O O

• Formula 1 Protein kokteyli • Otlu içki • Bitki tərkibli Aloe içkisi • Formula 2 vitamin və minerallar kompleksi* • Herbalayflayn Maks* • EkstraKal Edvans*

+

6

Sümükləri möhkəmləndirmək üçün EkstraKal Edvans*. Sümük toxumasının möhkəmliyinin dəstəklənməsi üçün rasionunuza EkstraKal əlavə edin. Dayaq-hərəkət aparatının sağlamlığı fəal həyatın yüksək keyfiyyətinin təminatıdır. Məhz buna görə, sümüklərin minerallaşdırılması üçün qida rasionuna keyfiyyətli kalsium mənbəyini daxil etmək lazımdır. Cəmi 3 həb EkstraKal Edvans kalsiumun gündəlik istehlak normasının 100%-ni təmin edir. D vitamini və sink kalsiumun mənimsənilməsinə, maqnezium isə sümüklərin möhkəmliyini qoruyub saxlamağa kömək edir. Proqram sizin fəal uzunömürlülüyünüzə və yüksək həyat keyfiyyətinizə kömək edəcəkdir!

33

32

Made with FlippingBook - Online catalogs