HLF_Catalogue_November2020_AZ_A5

| Fəal uzunömürlülük |

İmmuniteti dəstəkləyin Yaş artdıqca orqanizmin müdafiə qüvvələri zəifləyir. Bu, qismən bioloji cəhətdən proqramlaşdırılmış bir prosesdir — zaman keçdikcə bütün hüceyrədənkənar və hüceyrədaxili molekullar parçalanır, hüceyrələr isə buna cavab olaraq qocalır, onların böyüməsi və parçalanması dayanır. Çox zaman insan özü düzgün qidalanmayaraq öz immunitetini zəiflədir. Bağırsağımızın mikrobiotası həzmdə mühüm rol oynayır və iltihabi reaksiyalara nəzarətə görə cavabdehlik daşıyır. Nutriyentlərin lazımi dəstini qəbul edə bilmədikdə MBT-nin işi pozulur və immunitet tədricən zəifləyir. Özünümüalicə və dərmanların uzunmüddətli perspektivdə toksiki ola bilən düşünülməmiş qəbulu da bu prosesə öz töhfəsini verir. Şəhərlərin ekologiyasının yeni xroniki xəstəliklərin yaranmasına getdikcə daha çox şərait yaratması da vəziyyəti mürəkkəbləşdirir. Fəallığı qoruyub saxlayaraq, uzun və ahəngdar yaşamaq üçün özümüzə necə kömək edə bilərik?

Daxili saatları yoxlamaq

Bizim sirkad ritmlərimiz həyati vacib hormonların sekresiyasına rəhbərlik edən zülalların qarşılıqlı fəaliyyətinə cavabdehdir. Onlar sanki daxili bioloji saat kimi melatoninin — yuxunu stimullaşdıran hormonun konsentrasiyasına cavabdehdir. Ürək-damar sistemi də onların təsiri altındadır: orqanizmimiz səhər saatlarında qan təzyiqini artırmağa və axşamlar azaltmağa proqramlaşdırılmışdır ki, insan asanlıqla yuxudan oyansın və yuxuya getsin.

Təkcə bizim nə yediyimiz deyil, qidanı nə zaman qəbul etdiyimiz də əhəmiyyətlidir. Yuxu və ayıqlıq ritmlərinin pozulması piylənmənin və xroniki xəstəliklərin inkişaf etmə riskini artırır. Əgər iş və istirahət qrafiki sabit deyildirsə, immuniteti və ürəyin işini dəstəkləməyə Herbalayflayn Maks kömək edər. Onun tərkibində olan Omeqa-3 yağ turşuları lipid mübadiləsi proseslərini tənzimləyir, görmə qabiliyyətinin mühafizəsinə, beynin normal funksiyasının qorunub saxlanmasına kömək edir.

EKSPERTİN MƏQALƏSİ

«Sirkad ritmləri insan orqanizminin əsas tənzimlənmə prinsipləridir. Oyandıqdan sonra mədə-bağırsaq traktının işə düşdüyü, bizim maksimum dərəcədə məhsuldar olduğumuz və ya mürgüləməyə başladığımız və yatmaq istədiyimiz fizioloji vaxt mövcuddur. Buradan belə nəticəyə gəlmək olar ki, təkcə nəyi və nə qədər yediyiniz deyil, nə zaman yediyiniz də əhəmiyyətlidir. Mükəmməl sxemə yaxın olan bir sistem mövcuddur: təxminən saat 7-də oyanmaq, bir saat sonra səhər yeməyi, saat 12:00-13:00 radələrində nahar, təxminən saat 19:00-da şam yeməyi və təxminən saat 22:00-da yatmaq. Bu, kiməsə utopiya kimi görünə bilər, lakin həqiqətdə bu cür rejimə keçdikdə bir çoxları artıq bir neçə həftədən sonra özlərini xeyli rahat hiss etməyə başlayırlar. Kifayət qədər yatmayan insan çox zaman həddən artıq yeyir və çəki yığır. Normal yuxu — yaxşı əqli fəaliyyət, xəstəliklərə qarşı müqavimət və gənc xarici görünüş üçün əsas şərtdir. Öz gününü strukturlaşdırmaq və doyunca yatmaq həqiqətən də olduqca vacibdir».

Öz menyunuzu təzə və keyfiyyətli mövsümi məhsullardan, başlıca olaraq, öz iqlim zonanızın məhsullarından tərtib edin. İş və istirahət rejiminə riayət edin, xüsusilə məsafədən işlədiyiniz təqdirdə. Heç nəyə baxmayaraq, müsbət əhvalda qalın. Son tədqiqatlara əsasən, tez-tez yaranan mənfi fikirlər ahıl yaşda koqnitiv pozuntular və Alzheymer xəstəliyinin inkişaf etmə riskini artırır. Gündə ən azı 5 km gəzin, hər gün hər hansı çətin olmayan gimnastika hərəkətlərini yerinə yetirin. Tez-tez yorğunluq hiss edirsiniz? Çox güman ki, immunitetinizə kömək lazımdır. Bu cür səmərəli dəstək rolunda Şizandra Advans çıxış edə bilər. Məhsul unikal antioksidant təsirə malikdir və orqanizmi sərbəst radikalların təsirindən qoruyur. Onun tərkibindəki Çin cır limonu, C vitamini və beta-karotin beynin işini stimullaşdırır və qaraciyəri qoruyur.

Şizandra Advans Orqanizmin təbii müdafiə qüvvələrinin dəstəklənməsi

İrina Lizun , Herbalife Nutrition şirkətinin eksperti

• Çin cır limonunun ekstraktı sərbəst radikalların təsirinə qarşı orqanizmin müdafiə xassələrinin güclənməsinə kömək edir • B6, C, E vitaminləri və selen güclü antioksidant təsirə malikdirlər

Herbalayflayn Maks Omeqa-3 polidoymamış yağ turşularının təkmilləşdirilmiş formulu • Polidoymamış yağ turşuları Omeqa-3 ürək-damar sistemini, görmə qabiliyyətini və beynin normal funksiyasını dəstəkləyir • Balıq yağı dadı qalmır

| #0022

| #0043

20

21

Made with FlippingBook - Online catalogs