HBL_catalog_2020_AZ

Məqsədli qidalanma üçün məhsullar

Hədəfləriniz və planlarınız nə olursa olsun, Herbalife Nutrition məhsulları sizə lazım olan dəstəyi hər zaman göstərəcəkdir. Xüsusilə, əgər söhbət orqanizmin qoruyucu güclərindən gedirsə. Sizin əhval-ruhiyyənizin keşiyində

Evdən kənarda qəlyanaltı Bizim rasionumuz evdə xırdalıqlarına qədər düşünülə bilər. Lakin nə zaman işə getsək, səyahətə yollansaq və ya sadəcə qrafikimizi dəyişmiş olsaq, düzgün qidalanmaq cəhdimiz sınaqlara məruz qalmağa başlayır! Xüsusilə də vaxtımızın çoxunu küçədə keçirdiyimiz ilin isti vaxtlarında. Bu vəziyyətdə balanslaşdırılmış menyunu necə qoruyub saxlamalı? Bu böyük vəzifənin kiçik da olsa, lakin çox təsirli və dadlı həlli var - Proteinli batonlar. Onlar zülal və karbohidratların optimal birləşməsi sayəsində aclıq hissi ilə mübarizə aparmağa yardım edir və iş yerində qidalı bir qəlyanaltı kimi mükəmməl dərəcədə uyğundur. Bundan əlavə, əgər siz fəal həyat tərzi sürürsünüzsə, Proteinli baton rasionunuz üçün gözəl qida əlavəsi olacaqdır. Məşqə və ya uzunmüddətli piyada gəzintisinə onu özünüzlə götürün. O gücünüzü bərpa etməyə və enerjinizin yerini tez və rahat doldurmağa yardım edəcəkdir. Balanslaşdırılmış qəlyanaltı – sadə və zövqlü! Proteinli batonlar əsas qida qəbulları arasında sağlam qəlyanaltılar üçün əlavə mənbədir. Çəkiyə nəzarət edən və ya fəal həyat tərzi sürən hər kəs üçün mükəmməl dərəcədə uyğundur. Bir porsiyada 10 qram zülal və ümumilikdə 140 kkal var!

Yadda saxlamağınız vacibdir! Mükəmməl olaraq immunitet yalnız normal zülal qəbulu vəziyyətində işləyə bilər, çünki immunitet sisteminin molekulları ilk növbədə zülalidir. Lakin hətta çeşidli və balanslaşdırılmış qidalanmaya üstünlük versəniz və yenə də artan yorğunluq və əzginlik hiss etsəniz belə, Şizandra Advans yardım edə bilər. Onun tərkibində Çin cır limonunun ekstraktı var. Bu orqanizmin kənar stresslərə qarşı müqavimətini və orqanizmin yorğunluğunun qarşısını alan güclü adaptogendir. Adaptogenlər antioksidantlarla birlikdə xüsusi effektlə təsir göstərir, çünki tərkibində C və E vitaminləri, beta-karotin və selen var. Bir-birinin effektini tamamlamaqla və gücləndirməklə, onlar sərbəst radikallarla mübarizə aparır və immun sistemini dəstəkləyir.

Şizandra Advans Orqanizmin təbii müdafiə qüvvələrinin dəstəklənməsi • Çin cır limonunun ekstraktı sərbəst radikalların təsirinə qarşı orqanizmin müdafiə xassələrinin güclənməsinə kömək edir. • B6, C, E vitaminlərinin və selen güclü antioksidant təsirə malikdirlər.

Proteinli baton Bədənə zərər vermədən ağıllı qəlyanaltı • Hər porsiyada 10 qram zülal və 140 kkal var • Adi şokolad batonlarında olduğundan daha az kalori • Möhtəşəm dad

#0022

B FMQƏ . DƏRMAN VAS İ TƏS İ D E Y İ L D İ R

Limon #0260

1 Douglas R.M., Hemilä H., Chalker E., Treacy B. Cochrane Database Syst Rev, 2007 Jul 18 (3):CD000980.

26

27

Made with FlippingBook - professional solution for displaying marketing and sales documents online