HBL_catalog_2020_AZ

Herbalife Nutrition ilə kulinariya

Ad günün mübarək, Herbalife Nutrition!

“Praqa” tortu Tərkibi Xəmir: Formula 1 “Şokolad” – 12 ölçü qaşığı Yumurta – 6 ədəd Aloe əsasında bitkilərdən hazırlanmış içki – 1 qapaqcıq Qatıq 1% – 30ml Soda – 1 çay qaşığı Krem: xama 15% – 250 qram Formula 1 “Vanil” – 6 ölçü qaşığı Çəkilmə üçün krem: yumşaq kəsmik 0% – 200 qram Formula 1 “Şokolad” – 2 ölçü qaşığı Kakao – 5 qram Təbii qəhvə – 100 ml Kivi – 1 ədəd (100 qram) Bəzək üçün çiyələk – 120 qram Hazırlanma üsulu Yumurtanı köpüklənənə qədər çırpın. Ona Formula 1 və qatıq əlavə edin. Sodanı Aloe əsasında bitkilərdən hazırlanmış içki ilə qarışdırın və xəmirə əlavə edin. Qarışdırın, formaya boşaldın, 15 dəqiqə 180 dərəcədə bişirin. biskvitin soyumasını gözləyin, onu eninə üç yerə bölün. Xamanı Formula 1 ilə qarışdırın, onu birinci biskvitin üzərinə sürtün. Üzərinə meyvələri qoyun, ikinci biskvit ilə örtün, qəhvənin bir hissəsi ilə üzərini hopdurun – hər şeyi təkrarlayın. Sonuncu biskvitlə örtün. Bütün ləvazimatları qarışdırın və bu qarışıqla tortu bütövlüklə yağlayın. Layları çiyələklə bəzəyin və 2 – 3 saatlıq soyuducuya yerləşdirin.

Artyom Losev, Herbalife Nutrition kulinariya reseptləri seriyasının müəllifi və Moskvanın aparıcı restoranlarının baş aşbazı

Mən həmişə dadları sınaqdan keçirməyi və yeni uyğunluqlar tapmağı sevmişəm. Məgər hələ də öyrənilməmiş və sınanmamış bir şey qaldımı?! Lakin hər dəfə növbəti “fikrimi” gətirdiyim səyahətlərimdən ilhamlanırdım. Hazırlamaq, yaratmaq və hüdudları genişləndirmək imkanının olması mənim üçün vacibdir. Məhz buna görə Herbalife Nutrition ilə əməkdaşlıq etmək xoşuma gəlir! Şirkət mənim qarşımda sınanmamış üfüqlər açdı. Mən, dadı və faydanı özündə birləşdirən unikal reseptlər düşünüb taparaq, özüm üçün yeni olan ərazidə işləmişəm. Restoran menyusu ilə balanslaşdırılmış qidalanmanı birləşdirməyə cəhd etmək olduqca maraqlı idi. Nəticələr məni heyran edir! Mən Herbalife Nutrition ilə tanış olmağıma çox şadam! Şirkətin artıq 40 ildir ki, milyonlarla insan üçün etdikləri valehedicidir və mütləq daha parlaq kulinariya nailiyyətləri gətirəcək əməkdaşlığı davam etdirməyə ilham verir. Axı, bizim birlikdə əldə etdiklərimiz, – yalnız başlanğıcdır!

8 porsiya

1405 qram

2058 kkal

162 q zülal

98,1 q yağ

123 q karbohidrat

Herbalife Nutrition kulinariya kitabı

Məhsulun hazırlanması, etiketdə göstərilən üsuldan fərqli olduğu halda, onun xassələri dəyişə bilər.

#043K

28

29

Made with FlippingBook - professional solution for displaying marketing and sales documents online