Herbalife_Sport_Brochure_PREVIEW_AZ

ÇƏKİNİN AZALDILMASI PROQRAMI

UĞUR HEKAYƏSİ

Mənim 33 yaşım var. Tanışlarımın bir çoxu məni artıq başqa cür təsəvvür etmir, lakin 5 il əvvəl hər şey başqa cür idi: artıq çəki və pis sağlamlıq vəziyyəti. Mən vicdanla trenajor zalına və stadiona getməklə hər şeyi düzəltmək istəyirdim, lakin alınmadı. Heç nəyə gücüm çatmırdı, nəticəsiz məşqlər ümidsizliyə qapılmağıma səbəb olurdu. Uzun müddət başa düşməmişdim ki, məsələ qidalanmadadır. Mən öz rasionuma Herbalife Nutrition-ın səhər yeməyini əlavə edəndə dəyişikliklər başladı. O vaxtdan etibarən, artıq bir neçə ildir ki, səhərlər Formula 1 Protein kokteylini hər gün mütləq qaydada qəbul edirəm. Qida vərdişlərimin dəyişməsi ilə nəticə özünü çox gözlətmədi — mən yenidən özümü yaxşı hiss etməyə başladım, artıq 11 kiloqram piydən* xilas oldum, özümü formaya saldım. Ən əsası isə, məndə gümrahlıq və enerji yarandı. Orqanizmimin nələrə qadir olduğunu öyrənmək istədim. Funksional çoxnövçülük yarışları yerinə düşdü — çox zaman bunu krossfit də adlandırırlar. 28 yaşınadək idmandan uzaq olan biri kimi, mən özüm üçün də gözlənilmədən, krossfit üzrə bir neçə vilayət turnirinin mükafatçısı oldum. Hazırda gündəlik yüksək intensivlikli məşqlər həyatımın ayrılmaz hissəsidir. Mən bilirəm ki, bu, balanslaşdırılmış qidalanma sayəsində mümkün oldu. Artıq söylədiyim kimi, rasionumda dəyişilməz yeri — Formula 1 Protein kokteyli tutur. Kişilər üçün Formula 2 vitamin və minerallar kompleksi, Herbalayflayn Maks, Ekstra-Kal məhsullarından əldə etdiyim elementlər isə orqanizmin tam bərpasına və xəsarətlərin qarşısını almağa kömək edir. Son illərdə mən qidalanma, bərpa və fiziki yüklənmələr haqqında çox şey öyrəndim. Herbalife Nutrition-ın bir çox regional və beynəlxalq tədbirlərində, eləcə də fitnes üzrə ustad dərslərində və seminarlarda iştirak etdim və bu sahənin ən yaxşı mütəxəssislərindən dərs aldım. Hazırda mən qidalanma üzrə təlimçi peşəsinə yiyələnmişəm və insanların öz həyatlarını yaxşıya doğru dəyişmələrinə kömək edirəm. Əgər mən bacardımsa, siz də özünüzü yaxşılığa doğru dəyişə biləcəksiniz. Qida vərdişlərinin dəyişməsi ilə nəticə özünü çox gözlətmədi — mən yenidən özümü yaxşı hiss etməyə başladım.

Tanışımdan Herbalife Nutrition klubu haqqında öyrəndim və öz-özümə dedim: “Bəlkə bu mənim şansımdır?”

Maksim Qodunov 33 yaş, 8 ildir Herbalife Nutrition məhsullarından istifadə edir

Herbalife Nutrition-dan əvvəlki dövrdə mən peşəkar həndbolla məşğul olmuşam. Mənim karyeram 23 yaşımda qırıldı. Uşağın anadan olması, 24 kq artıq çəki, üstəlik sağlamlıq vəziyyətimin pisləşməsi — vəziyyət, yumşaq desək, kritik idi. Tanışımdan Herbalife Nutrition klubu haqqında öyrəndim və öz-özümə dedim: «Bəlkə bu mənim şansımdır?» Mən dərhal bütün məhsulları sınaqdan keçirdim: kokteyllər, batonlar, vitaminli əlavələr. 2 aydan sonra çəkim normaya qayıtdı və hətta yeni il bayramları da buna mane ola bilmədi. Çəkim azaldı — sağlamlıq vəziyyətim də yaxşılaşdı. Herbalife Nutrition məhsullarından 6 il istifadə etdikdən sonra mən peşəkar idmana qayıtmaq istədim. Vaxt etibarilə bu, bizdə Herbalife Nutrition-ın idman məhsulları xəttinin meydana çıxması ilə üst-üstə düşdü. Mən Formula 1 Protein kokteyli içməyə, daha sonra idmanla məşğul olmağa başladım. Təəccüblüdür, lakin bu, təkcə fiziki formamın yaxşılaşmasına təsir etmədi. Mənim idman göstəricilərim də dəyişdi! Adətən, illər keçdikcə onlar pisləşir, məndə isə — əksinə oldu. Herbalife Nutrition məhsulları ilə daha 3 il və budur — mən Ukraynanın çimərlik həndbolu üzrə üçqat çempionlarının komandasındayam. Bir il əvvəl isə Ukraynanın idman ustası adına layiq görüldüm! İki uşaq anası olmağıma baxmayaraq, 17 yaşımdakı bədən formama qayıda bildim! İndi rasionumda Herbalife Nutrition məhsullarının hamısı var. Bu, mənim məşqlərdən və fiziki xəsarətlərdən sonra çox yaxşı bərpa olunmağıma kömək edir. Mən bu məhsulları Herbalife Nutrition-ın adi məhsullar seriyası və vitaminləri ilə birlikdə qəbul edirəm. Prinsip etibarilə, düzgün qidalanmaya əməl edirəm və qidalandırıcı maddələrin, xüsusilə zülalın gündəlik normasına mütləq qaydada nəzarət edirəm. İndi mən hər kəsə əminliklə deyə bilərəm: «Herbalife Nutrition ilə xəyallar həqiqətən gerçək olur!» Viktoriya Zmiyevskaya 34 yaş, 89 ildir Herbalife Nutrition məhsullarından istifadə edir

ƏVVƏL

SONRA

ƏVVƏL

SONRA

* Çəkiyə nəzarətlə bağlı istənilən fikirlər, digərləri ilə yanaşı olaraq, balanslaşdırılmış pəhrizi, müntəzəm fiziki məşqləri, zəruri miqdarda gündəlik maye qəbulunu, bioloji fəallığa malik qida əlavələrindən zəruri hallarda istifadə olunmasını və lazımi qədər istirahəti ehtiva edən Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

68

69

Made with FlippingBook - Online catalogs