HBL_Catalog_March_2022_AZ_A5

Şirkət haqqında

Qələbələrimizlə fəxr edirik!

2021 yekunları

ECO BEST AWARD Herbalayflayn Maks "İlin məhsulu" nominasiyasında ECO BEST AWARD mükafatına layiq görülmüşdür. ECO BEST AWARD — ekologiya, enerji və resurslara qənaət sahəsində ən yaxşı mallara və təcrübəyə görə müstəqil ictimai mükafatdır. Belə bir mükafat almaq xüsusi şərəfdir. Növbəti qələbə yalnız məhsullarımızın mükəmməl keyfiyyətini deyil, həm də planetin gözəlliyinin və təmizliyinin qorunub saxlanmasına qarşı Şirkətin məsuliyyətli münasibətini təsdiq etmişdir. BELARUSDA "İLİN SEÇİMİ" MÜKAFATI "Çəkinin azaldılması və çəkiyə nəzarət proqramı" nominasiyasında Formula 1 protein kokteyli və Formula 3 Protein qarışığı qalib gəlmişdir. "Balanslaşdırılmış qidalanma üçün proqram" nominasiyasında Formula 1 Protein kokteyli və Formula 3 Protein qarışığı, Protein batonları, Tomat şorbası, Yulaf-alma içkisi, Qida lifləri kompleksi, Aloe Bitki içkisi, Otlu İçki, Formula-1 İdman H24 Protein kokteyli, "Hidratasiya" H24 Hipotonik içki, H24 Gücün bərpası Kokteyli, EkstraKal Edvans, Şizandra, Naytvorks, Termo Komplit, Herbalayflayn Maks, N-R-G İçkisi, Hüceyrə Aktivatoru, Sarı həblər, İmmyun Buster, Formula 2 qadınlar üçün vitaminlər və minerallar kompleksi qalib gəlmişdir.

GLAMOUR BEST OF BEAUTY Qrin Maks Select* "Daxili gözəllik" nominasiyasında "BFMQƏ-lər" kateqoriyası üzrə Glamour Best of Beauty jurnalının mükafatına layiq görülmüşdür. Məhsulun tərkibində 14 növdə göyərti və superfud var, orqanizmin möhkəmlənməsinə və il boyu sağlam həyat tərzi sürməyə kömək edir. SAĞLAM QİDALANMA Aloe Manqo bitki içkisi, Yulaf-alma içkisi və Protein batonları bir dəfəyə 2 nominasiyada: "Ən yaxşı ticarət markası" və "Funksional qidalanma" nominasiyalarında "Sağlam qidalanma" mükafatının laureatı olmuşdur. Herbalife Nutrition məhsulları hər gün insanlara sağlam həyat tərzi sürməyə və balanslaşdırılmış şəkildə qidalanmağa kömək edir, və SHT sahəsində nüfuzlu mükafat bunu təsdiq edir. İLİN YENİLİKÇİ MƏHSULU Qrin Maks Select* "Funksional qidalanma" kateqoriyasında "İlin yenilikçi məhsulu" beynəlxalq mükafatın laureatı olmuşdur. Ən müasir mallar üçün dünyanın ən iri müsabiqəsi 30 ildən çox əvvəl Fransada təsis edilmişdir, indi isə 45 ölkədə keçirilir. İldən ilə bu mükafatın ən yüksək mükafatını almaq bizim üçün şərəfdir! İSTEHLAKÇI HÜQUQLARI VƏ XİDMƏTİN KEYFİYYƏTİ Herbalife Nutrition şirkəti "Ümumi istehlak malları" nominasiyasında "İstehlakçı hüquqları və xidmət keyfiyyəti" mükafatını almışdır. Biz bu qələbə ilə xüsusilə fəxr edirik, çünki Müştərilərimizin maraqlarına diqqət bizim prioritetlərimizdən biridir. Bundan əlavə, bir dəfəyə 2 məhsul, İmmyun Buster və Herbalayflayn Maks "İstehlakçı seçimi" nominasiyasında qalib gəlmişdir. İLİN MƏHSULU Genişləndirilmiş "Balanslaşdırılmış səhər yeməyi" proqramı "İstehlakçı qayğısına və sağlam məhsula görə" nominasiyasında "İlin məhsulu" mükafatının laureatı olmuşdur. Qalib proqram günə düzgün başlamaq üçün lazım olan hər şeyi: aclığa nəzarət üçün Formula 1 Protein kokteylini, həzmin dəstəklənməsi üçün Aloe Bitki içkisini, antioksidant müdafiəsi üçün Otlu İçkini və faydalı zülal mənbəyi kimi Formula 3 Protein qarışığını ehtiva edir. Hər səhərinizə "Balanslaşdırılmış səhər yeməyi" ilə qalib gəlin! İDMAN VƏ RUSİYA H24 Gücün bərpası və CR7 Drive içkisi "İstehlakçı seçimi" nominasiyasında "İdman və Rusiya" mükafatının laureatı olmuşdur — və təəccüblü deyil ki, bu məhsullar qələbələr üçün yaradılmışdır! Kompleksdə onlar məşqdən sonra bərpa olunmağa, su balansını tamamlamağa və əzələ inkişafını və dözümlülüyü dəstəkləməyə kömək edəcəkdir. "İdman və Rusiya" mükafatını Rusiyada idmanın dəstəklənməsi sahəsində ən yaxşı nəticələrə görə alırlar. Məhsullarımız bu nüfuzlu mükafata layiq görülüb və biz peşəkarların – tələbkar ekspertlərin bu dərəcədə yüksək qiyməti ilə fəxr edirik.

QAZAXISTANDA "İLİN SEÇİMİ" MÜKAFATI "Çəkinin azaldılması və çəkiyə nəzarət proqramı № 1" nominasiyasında Formula 1 Protein kokteyli və Formula 3 Protein qarışığı, "İdmançılar və fəal həyat tərzi sürən insanlar üçün balanslaşdırılmış qidalanma (birbaşa satışlar) № 1" nominasiyasında Formula 1 İdman H24 Protein kokteyli, H24 Gücün bərpası Kokteyli, CR7 Drive yeni nəsil idman içkisi qalib olmuşdur.

QIRĞIZISTANDA "İLİN SEÇİMİ" MÜKAFATI "Çəkinin azaldılması və çəkiyə nəzarət proqramı № 1, əlavə protein mənbəli balanslaşdırılmış qəlyanaltı üçün məhsul" nominasiyasında "Limon" Protein batonları qalib olmuşdur. UKRAYNADA "İLİN SEÇİMİ" MÜKAFATI "Bədən çəkinin korreksiyası və azaldılması üçün ilin ən yaxşı proqramı" nominasiyasında Formula 1 Protein kokteyli, Aloe Bitki içkisi və Formula 3 Protein qarışığı, "İlin ən yaxşı diyetik qarışıqları" nominasiyasında isə Formula 2 qadınlar üçün vitaminlər və minerallar kompleksi, Naytvorks və Beta Xart qalib olmuşdur.

5

*Selekt.

4

Made with FlippingBook - Online catalogs