HBL_Catalog_March_2022_AZ_A5
Balanslaşdırılmış qidalanma
Balanslaşdırılmış qidalanma nədən ibarətdir
Devid Hiberin qidalanma planı
Gündəlik rasionun vəzifəsi sadəcə orqanizmi zülallarla, yağlarla və karbohidratlarla zənginləşdirmək deyil — o daha genişdir. Bütün daxili orqanların optimal fəaliyyəti üçün nutriyentlərin düzgün proporsiyasına əməl edilməsi və balansın pozulmasına yol verilməməsi vacibdir.
Devid Hiber , Herbalife Nutrition-ın Elmi-Məsləhət Şurasının sədri və Kaliforniya Universiteti nəzdində İnsanın Qidalanma Mərkəzinin direktoru*
və ya
ORQANİZMİNİZİN YAXIN 24 SAAT ÜÇÜN TƏLƏBLƏRİ
13:00 Nahar
Qəlyanaltı 16:00
Qəlyanaltı 11:00
və ya
və ya
08:00 Herbalife Nutrition Səhər yeməyi
Şam yeməyi 19:00
07:00 Oyanma
Günlük rasionu aşağıdakı prinsip üzrə planlaşdırın: 30% zülal, 40% karbohidrat, 30% yağ. Belə nisbət çəkinin yavaş-yavaş azaldılması və yüksək enerji səviyyəsinin hər gün dəstəklənməsi üçün rahat hesab olunur.
30% — zülal Bədənimizin əsas tikinti materialı toxumaların bərpasına və quruluşuna, əzələ kütləsinin yaranmasına və möhkəmlənməsinə, əsası isə — daha uzun müddətə toxluq hissinə görə cavabdehdir. Səhər yeməyi, yüngül şam yeməyi və ya qəlyanaltı — Formula 1 Protein kokteyli, yumurtalar, kəsmik, yunan qatığı, rikotta və ya tofu.
40% — karbohidratlar Hətta intensiv arıqlamada vacibdirlər: orqanizmdə enerji ehtiyatının yerini doldurur, gümrahlığa və fəallığa görə cavab verirlər, beynin fəaliyyətini dəstəkləyir və konsentrasiyasını yüksəldirlər. Uzun müddət mənimsənilir, toxluq hissi yaradır və iştahaya nəzarətə kömək edirlər.
30% — yağlar Yağ çatışmazlığı dərinin qurumasına, qıcıqlanmasına, daimi aclıq hissinin və yorğunluğun yaranmasına, görmə qabiliyyətinin pisləşməsinə və immunitetin zəifləməsinə səbəb olur. Doymamış yağ turşuları faydalıdır və həyat üçün zəruridir, onların əsas mənbələri dəniz məhsulları, fındıq, bitki yağlarıdır. Səhər, nahar və şam yeməklərinin hazırlanması və ya elementləri qismində — zeytun yağı, fındıq, humus, xama, avokado. Herbalayflayn Maks* ürək-damar sisteminin, görmə qabiliyyətinin və beynin normal fəaliyyətinin dəstəklənməsi üçün Omeqa-3 polidoymamış yağ turşularının mənbəyidir.
Yabanı və boz düyü, bulqur, qarabaşaq və inci arpası, kinoa, bərk buğda növlərindən pasta.
Sadə karbohidratlardan istifadəni məhdudlaşdırın: şirniyyatlar, şirin çörək, souslar, qazlı içkilər — orqanizminizə faydası olmayan boş kalorilərdir.
Təklif edilən qidalanma planı gün ərzində 5-6 dəfə balanslaşdırılmış qidalanma modelidir və birbaşa tövsiyə deyil. Herbalife Nutrition-ın məhsulları təklif edilən modelə uyğun olaraq, gün ərzində bir və ya iki qida qəbulu üçün seçim ola bilər. * Kaliforniya Universiteti müstəqil təşkilatdır və Herbalife Nutrition-ın məhsullarına hər hansı ekspert qiyməti vermir.
7
6
Made with FlippingBook - Online catalogs